Bakı metrosunda HƏYƏCANLI ANLAR
Bakı metrosunda qatarda tüstülənmə olması həqiqəti əks etdirmir.
Bu barədə Oxu.Az-a "Bakı Metropoliteni" QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov məlumat verib.
O bildirib ki, sərnişinin iddiası əsassızdır:
"Metroda heç bir hadisə baş verməyib. Tüstülənmə olarsa, qatar saxlanılır, texniki nasazlığın olub-olmaması üçün qatar yoxlanır. Amma deyilən heç bir hadisə baş verməyib. Hər hansı hadisə baş verərsə, buna operativ şəkildə reaksiya verilir".
***
Bakı metrosunda qatarda tüstülənmə baş verib.
Bu barədə Oxu.Az-a sərnişinlər məlumat veriblər.
Sərnişinlər bildiriblər ki, metronun "28 may" stansiyasında qatarda tüstülənmə olub.
Məsələ ilə bağlı aidiyyəti quruma sorğu verilib.
Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Sizin reklam burada
Sizin reklam burada
Xəbər lenti
