
Qaradağ Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi Namizəd İsmayılov vəzifəsini vicdanla yerinə yetirən, təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və prezidentin etimadını yüksək səviyyədə doğrulda bilən insandır.
Qaradağ rayonunda məişət tullantılarının yığılması, çeşidlənməsi və emalı işləri uğurla icra olunur. Rayonun ərazisində Gün ərzində rayon ərazisindəki prospektlər dörd dəfə, yollar üç dəfə, məhəllədaxili küçələr iki dəfə yığışdırılır. Əlavə olaraq şənbə və bazar günləri rayon ərazisində iməciliklər təşkil olunur, yol kənarlarındakı yaşıllıq zolaqları tullantılardan və alaq otlarından təmizlənərək daşınır.
Müdriklər demişkən, "xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür". Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Qaradağ Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi Namizəd İsmayılovdur.
Namizəd İsmayılov rəhbərliyin tapşırıqlarını daim yerinə yetirir
Qaradağ Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi Namizəd İsmayılov rəhbərliyə sədaqət nümunəsidir!
