
Sentyabrın 1-də Azərbaycanda növbədənkənar parlament seçkilərinə sayılı günlər qalır. Artıq deputatlığa namizədlərin təbliğat-təşviqat kampaniyası da start götürüb. Müstəqillik dövründə sayca 7-ci dəfə keçiriləcək seçkilərdən gözləntilər böyükdür.
20 saylı Nərimanov ikinci seçki dairəsi üzrə deputatlığa namizədlərdən biri isə namizədliyini Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürən Vəliyev Samir Əhməd oğludur.
AzFakt.com xəbər verir ki, Yeniçağ.az Nərmanov rayon sakinləri arasında sorğu keçirib. Aparılan sorğu nəticəsində belə məlum olub ki, Nərimanov rayonu seçiciləri sözügedən dairə üzrə namizədliyini irəli sürmüş Vəliyev Samir Əhməd oğlunu ümumiyyətlə tanımır.
Ətraflı videonu təqdim edirik:
